Sənə görə oluram utancaq
Tutulur səsim, dodağım, dilim
Körpə ürəyinə mən oyuncaq, bax
Qırılır qəlbim, sökülür evim
Səslərəm səni ən uca dağların
Əks-sədası yenə üstələr məni
Sənin üçün yazılan sözlər dil açıb
Üzümə baxıb deyir: “Bəstələ məni”
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Həyatını sonsuz bahara döndərim
Çiçək açmayan güllər utansın
Danışım olmayan xatirələrimizi
Sənsiz keçən illər utansın
Səmadasan dedin, amma sənə
Tərəf uçdum, yoxsan, sən haradasan?
Ağ-qara həyatımız minor notlarsa
Pianodakı dillər utansın
Qoy dəysin damlalar pəncərəyə
Sən öz evində, mən öz evimdə
Çəkək taleyin xətlərini
Sən öz əlində, mən öz əlimdə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Sənlə mən utancaq, bərk səslə məni, gəlim yenə
Əlimdən tut ancaq, çək rəsmini sevginin yenə
Mahnı adı | Utancaq |
Müğənni/İfaçı | Orxan zeynallı |
Kateqoriya/Janr | Pop |
Davametmə | 03:21 |
Fayl Ölçüsü | 3.08 MB |
Format | Mp3 (128K) |
Yerləşdirildi | 5 ay öncə |
Yerləşdirən | Ramin Muğalov |
Bu Utancaq adlı mahnı Orxan Zeynallı tərəfindən ifa edilmiş və original olaraq 2023-ci il tarixdə BIGG.AZ saytından avtomatik endirilmişdir. Daha maraqlı mahnı dünyası üçün sırf Azərbaycan mahnıları olan BIGG.AZ saytı ilə davam etməyiniz tövsiyə olunur. Bundan əlavə Orxan Zeynallı digər mahnılarının bir çoxu aşağıda mövcuddur. Sərbəst Dinləyib mp3 formatda pulsuz endirə bilərsiniz.