Bağçalarda yasəmənlər verdi baş-başa,
Lalələr bürüdü çəməni, düzü.
Bu yerlərdə, ay sevgilim, gəzməsək qoşa,
Çəmənlər, çiçəklər qınayar bizi.
Nəqərat:
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Mehribanim, əzizim,
Qoy, gülsün üzüm!
Saçlarına gül düzüm,
Mənim günüm, gündüzüm!
Sənsiz mən necə dözüm,
Bilmirəm özüm…
Payız oldu, uçdu getdi durna qatarı…
Lalələr rəngini niyə itirdi?
Yox, solmadi ürəyimdə eşqin baharı,
Arzular, ürəklər min gül bitirdi.
Mahnı adı | Saçlarına gül düzüm |
Müğənni/İfaçı | Sübhan məmmədzadə |
Kateqoriya/Janr | Pop |
Davametmə | 03:00 |
Fayl Ölçüsü | 2.96 MB |
Format | Mp3 (128K) |
Yerləşdirildi | 8 ay öncə |
Yerləşdirən | Ramin Muğalov |
Bu Saçlarına gül düzüm adlı mahnı Sübhan Məmmədzadə tərəfindən ifa edilmiş və original olaraq 2023-ci il tarixdə BIGG.AZ saytından avtomatik endirilmişdir. Daha maraqlı mahnı dünyası üçün sırf Azərbaycan mahnıları olan BIGG.AZ saytı ilə davam etməyiniz tövsiyə olunur. Bundan əlavə Sübhan Məmmədzadə digər mahnılarının bir çoxu aşağıda mövcuddur. Sərbəst Dinləyib mp3 formatda pulsuz endirə bilərsiniz.