Bu qatarın adı yoxmuş sən demə.
Heç bilmirəm mənzil başı haradır
Küləkləri geyinmişəm əynimə, saçlarımı səhər yeli daradı.
Sənin yolun sakitliyin içinə, mənim yolum tufanadı qaradı.
Bu yaşımda hər dinən saz, saz deyil.
Hər qış qışmı hər bahar da yaz deyil.
Mənə xoşbəxt deyənlər də az deyil.
Bilən yoxdu, bağrım başı yaradı.
İnadının yollarından yavaş aş.
Nəyə lazım bu vuruşlar bu savaş.
Sənin qəlbin əzəl başdan qara daş, mənim qəlbim elə para-paradır.
Əgər mənsiz ömür xoşsa yüz yaşa, gəl qarğama o illərə bu yaşa.
Sənə tərəf yüz yol gəlir bir başa.
Neyləyim ki, sənin üzün qaradır.
Mahnı adı | Bilən yoxdu |
Müğənni/İfaçı | Xumar qədimova |
Kateqoriya/Janr | Pop |
Davametmə | 04:33 |
Fayl Ölçüsü | 4.25 MB |
Format | Mp3 (128K) |
Yerləşdirildi | 5 ay öncə |
Yerləşdirən | Ramin Muğalov |
Bu Bilən yoxdu adlı mahnı Xumar Qədimova tərəfindən ifa edilmiş və original olaraq 2023-ci il tarixdə BIGG.AZ saytından avtomatik endirilmişdir. Daha maraqlı mahnı dünyası üçün sırf Azərbaycan mahnıları olan BIGG.AZ saytı ilə davam etməyiniz tövsiyə olunur. Bundan əlavə Xumar Qədimova digər mahnılarının bir çoxu aşağıda mövcuddur. Sərbəst Dinləyib mp3 formatda pulsuz endirə bilərsiniz.